Monika Belluççinin qızı reklama çəkildi

  • 09.04.2019
  • 0

Neçə illərdir ki, 54 yaşlı Monika Belluççi "Dolce & Gabbana” italyan brendi ilə sıx əməkdaşlıq edir.

İndi də bu ənənəni onun 14 yaşlı qızı Deva Kassini davam etdirmək qərarına gəlib. Bu günlərdə qızcığaz ilk reklam kampaniyası üçün İtaliyada, Ravello küçələrində kamera qarşısına keçib.

Kadrarxası görüntülər sosial şəbəkələrdə yayılıb. Reklam kampaniyasının digər təfərrüatı hələlik məlum deyil. Bu şəkilləri görən izləyicilər qeyd edib ki, qızı anası Monika Belluççiyə bənzəyir, şübhəsiz ki, onu model biznesində daha böyük gələcək gözləyir.

"DG" üçün reklam çəkilişi Devanın ilk ciddi layihəsi olacaq. Əvvəllər ulduz valideynlər: Monika və onun keçmiş həyat yoldaşı, aktyor Vensan Kassel Deva və onun 8 yaşlı bacısını jurnalistlərin diqqətindən gizlətməyə üstünlük verirdi./publika.az

Nə düşünürsən?