Gəncədə zəncirvari qəza baş verib

  • 09.04.2019
  • 0

Gəncə şəhərində zəncirvari yol qəzası baş verib.

ONA-nın qərb bürosunun xəbərinə görə, hadisə Nizami Gəncəvi və 28 May küçələrinin kəsişməsində qeydə alınıb.

Qəhrəmanov Elnur İlqar oğlunun idarə etdiyi "Mercedes" və Tağıyev Fəqan Füzuli oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü xəsarət alıb.

Qeyd edək ki, qəzadan sonra "Jiquli" yol kənarında dayanmış və İsmayılov Şöhrət Bəxtiyar oğluna məxsus "Opel" markalı avtomobilə də dəyib.

Faktla bağlı araşdırmalar aparılır.

Nə düşünürsən?