Aksiyaçılar Paşinyandan biznesmenin azad olunmasını tələb edirlər

  • 09.04.2019
  • 0

Xəbər verdiyimiz kimi, Ermənistanın “Spayka” şirkətinin direktoru David Kazaryanın həbsi fermerləri ayağa qaldırıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, büdcədən 7 milyard dramı (təxminən 15 milyon dollar) yayındırmaqda ittiham olunan biznesmen haqqında məhkəmə həbs qətiimkan tədbiri seçib. Ermənistanın Dövlət Gəlirləri Komitəsinin iddialarına görə, Kazaryan üçüncü ölkələrdən meyvə və tərəvəzləri ƏDV və rüsumlardan azad edilmiş məhsulların adı altında ölkəyə keçirib. Xazaryan özü isə vergi müfəttişliyinin iddialarını “kobud səhv” adlandıraraq həbsinin absurd olduğunu bildirib. 

Ermənistanda 2001-ci ildə əsası qoyulan və ölkənin əsas gəlir gətirən şirkətlərindən sayılan “Spayka”nın əməkdaşları Yerevanda aksiyalara başlayaraq Kazaryanın dərhal azad olunmasını tələb ediblər. Onlar bu işə baş nazir Nikol Paşinyanın da münasibət bildirməsini və direktorun azad olunmasında şəxsən iştirakını tələb ediblər. Lakin hökumət rəsmiləri baş nazirin cinayət işi ilə bağlı hər hansı məsələyə müdaxilə edə bilməyəcəyini bildiriblər. 

İddialara görə Kazaryanın həbsinə onun Paşinyan ailəsi ilə münasibətinin korlanması səbəb olub.

Nə düşünürsən?