Sumqayıtda evdə partlayış: ana və qızı yaralandı

  • 08.04.2019
  • 0

Bu gün səhər saatlarında Sumqayıt şəhəri Yaşma bağları yaşayış massivində fərdi yaşayış evlərinin birində partlayış olub.

Evdə qaz balonu partlayıb.

Partlayış nəticəsində 1986-cı il təvəllüdlü Məmmədova Samirə Şakir qızı və onun övladı 2012-ci il təvəllüdlü Məmmədova Aliyə Əhməd qızı yanıq xəsarətləri alıblar.

Ananın bədəninin 60 faizi yanıb. Ona hər iki aşağı və yuxarı ətrafın, üzün, boynun 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub. A.Məmmədovanın isə bədəninin 25 faizi yanıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Hər iki şəxsin vəziyyəti ağırlaşdığından, onlar Bakıya göndərilib. 

Nə düşünürsən?