Azərbaycanda güclü zəlzələ oldu

  • 07.04.2019
  • 0

Zaqatala və Qax rayonunda zəlzələ olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, zəlzələ yerli vaxtla saat 12:26-da qeydə alınıb. Yeraltı təkanlar Zaqatala ilə sərhəddə yerləşən Qax rayonunun Zərnə və Güllük kəndlərində güclü hiss olunub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Qaxdan 8 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların maqnitudası 4,2, dərinliyi isə 60 km olub.

BİG AZ

Nə düşünürsən?