Rayonlarda yeni yaşayış massivləri salınacaq

  • 07.04.2019
  • 0

Tovuzda şəhərcik tipli yeni yaşayış binaları tikiləcək.

Yaşıllıqlar salınıb, yeni məktəb binaları inşa olunacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu yeniliklər Nazirlər Kabinetinin Tovuz rayonu üçün təsdiq etdiyi baş planda əksini tapıb. Rayonda yeddi ədəd beşmərtəbəli yaşayış binası və məktəb də tikiləcək. Şəhərin baş planında nəzərdə tutulan tikinti işləri regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçiriləcək.

Bir sıra sənaye müəssisələrinin də tikiləcəyi rayonda əsaslı yenidənqurma, abadlaşdırma və müasirləşdirmə işləri də görüləcək.

Günün tələblərinə cavab vermədiyi üçün yenidən işlənməsinə başlanan Göygöl şəhərinin də baş planı artıq hazırdır. İşlənilən sənəd yaxın günlərdə rayon icra hakimiyyətinə təqdim olunacaq.

Yeni baş plana əsasən, rayon mərkəzi bundan sonra cənub və şərq istiqamətində genişlənəcək. Həmin ərazilərdə isə kvartallarla küçələr və parklar salınacaq, çoxmərtəbəli binalar tikiləcək. İndiyədək aparılan tikinti-quruculuq işləri zamanı əsas götürülən 1984-cü ildə hazırlanan baş plan isə qüvvədən düşmüş hesab ediləcək.

Nə düşünürsən?