Manevr qaydalarını pozan sürücü - 99 LH 878

  • 06.04.2019
  • 0

Oxuculardan birinin göndərdiyi videoda qayda pozan sürücü görüntülənib. Avtosfer.az xəbər verir ki, Bakı şəhəri Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində 99 LH 878 dövlət nömrə nişanlı, “Kia”markalı avtomobilin sürücüsü yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməyərək, digər sürücülərin sərbəst hərəkətinə kobud şəkildə maneə yaradır.

Qeyd edək ki, sürücün bu qanunsuz əməli İXM 324.1-ci maddəsi ilə tövsüf olunur və qeyd edilən maddə də 40 AZN cərimə nəzrərdə tutulur. 

Videonun müəllifi artıq sözügedən nəqliyyat vasitəsinin sürücüsündən DYP-nə rəsmi şikayət edərək, səbəbkarın cəzalanması haqqında rəsmi məktub ünvanladığını bildirir.

Nə düşünürsən?