Marşrutların vəziyyəti sorğulanacaq - Agentlik hərəkətə keçdi

  • 05.04.2019
  • 0

Marşrutların vəziyyəti ilə bağlı sərnişinlər arasında sorğu keçiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, paytaxt yollarındakı avtobus dayanacaqlarında sərnişinlərin fikirləri öyrəniləcək və bunun əsasında ya mövcud xətlərə dəyişiklik ediləcək, ya da yeni marşrut xətləri açılacaq.

Bakı Nəqliyyat Agenliyinin həyata keçirəcəyi layihəni könüllü gənclər icra edəcəklər. Yeni layihənin məqsədi sərnişinlərin şəhər nəqliyyatı ilə bağlı fikirlərini və təkliflərini öyrənməkdir.

Sorğu zamanı vətəndaşdan istifadə etdiyi marşrut xətti və sərf etdiyi zamanla bağlı məlumatlar öyrəniləcək, eyni zamanda marşrut avtobuslarından razılığın hansı səviyyədə olması yoxlanılacaq. Kütləvi narazılığın olduğu xətlərin sahibkarları isə idarəetmədən uzaqlaşdırılacaq.

Sorğunun keçirilməsinə aprelin 8-də başlanılacaq və 77 gün davam edəcək. Daha sonra Bakı Nəqliyyat Agentliyi naticəyə uyğun tədbirlərin icrasını həyata keçirəcək.

Nə düşünürsən?