Yol polisi uşaqları qəzalardan qorumaq üçün layihələr icra edir

  • 05.04.2019
  • 0

Yol polisi uşaqları qəzalardan qorumaq üçün layihələr icra edir - VİDEOYol polisi5 Aprel 2019 12:5363 dəfə oxunubYol polisi uşaqları qəzalardan qorumaq üçün layihələr icra edir - VİDEO“Yol hərəkəti qaydalari uşaqlarin gözü ilə” mövzusunda müsabiqə keçirilir

Xəbər verdiyimiz kimi, DİN Baş Dövlət Yol Polisi İdarəsi aprelin 5-dən mayın 25-dək uşaqlar arasında “Yol hərəkəti qaydalari uşaqlarin gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirir. BDYPİ-nin şöbə rəisi, polis-polkovnik leytenantı Rüfət Quliyev Avtosfer.az-a bildirib ki, müsabiqənin keçirilməsində əsəs məqsəd uşaqlar arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, yol hərəkəti qaydaları haqqında biliklərin artırılması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyə nail olmaqdır.

Rüfət Quliyev bildirib ki, Müsabiqənin keçirilməsi, əsərlərin qəbulu, qiymətləndirilməsi və qaliblərin müəyyən edilməsi qaydaları Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi internet dyp.gov.az saytında yerləşdirilib.

Nə düşünürsən?