Banklarla bağlı yenilik – Kredit faizləri aşağı düşə bilər

  • 05.04.2019
  • 0

”Banklar haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur. Təklif qəbul edilsə, kredit faizini və digər xərclərin həddini dövlət qurumu müəyyənləşdirəcək.

Xezerxeber.az-ın məlumatına görə, artıq dəyişiklik layihəsi Milli Məclisə təqdim edilib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Rüfət Quliyevin sözlərinə görə, ölkəmizdə bəzi banklar hətta 36 %-lə kredit verir ki, bunun da geri qaytarılmasında əksər hallarda ciddi problemlər yaranır. Nəticədə isə problemli kredit ölkə iqtisadiyyatına ziyan vurur.

Rüfət Quliyev ehtimal edir ki, ölkəmizdə kredit faizinin minimum həddi 18, maksimum həddi isə 22-24 faiz olacaq. Yəni kredit faizləri aşağı düşəcək.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin 9 apreldə keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Nə düşünürsən?