Qaydaları "çeynəyən" sürücü: "Yaxşı edirəm "işverən zadsan?""

  • 04.04.2019
  • 0

Sosial şəbəkələrdə Xırdalar şəhərində qaydaları kobud şəkildə pozan sürücünün videosu paylaşılıb. Avtosfer.az xəbər verir ki, 99 LX 024 dövlət nömrə nişanlı avtomobilin sürücüsü əvvəlcə manevr qaydalarını kobud şəkildə pozur. Ardınca isə əks yola çıxaraq hətkət edir. Bir neçə dəfə qəza şəraiti yaradır.

Videonu çəkən şəxs ona yaxınlaşıb nə üçün qayda pozduğunu soruşanda "səni gözləyəsi deyildik ki" cavabını alır.

Daha sonra videonu çəkən şəxs onun haqqında şikayət edəcəyini deyəndə isə qaydapozan sürücü "yaxşı edirəm, işverən zadsan?" sözünü deyir.

Nə düşünürsən?