Renka açıq-saçıq geyimdə Kərimə eşq elan etdi

  • 04.04.2019
  • 0

Renka açıq-saçıq geyimdə Kərimə eşq elan etdi: “Ürəim, nəfəsim” - VİDEO - FOTO


ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi rəqqasə Rəna Ağamuradova (Renka) və müğənni Kərim Abbasov olub. 


Tədbirlərin birinə açıq-saçıq libasda qatılan rəqqasə geyimindən danışıb:


“Elə deyirsiz ki, açıq-saçıq geyinmisən. Guya mən həmişə belə geyinmirəm ki? Geyimimə görə tənqid edən olmayıb. Çünki hamı məni belə görməyə öyrəşib. Mən adi həyatda belə geyinmirəm. Ad-günündən ad gününə hə. Əslində o biri paltarımı ütüləməmişdim. Ona görə belə alındı. 90-60-90 mənim kimi olmalıdır”.


Renka daha sonra müsahibə əsnasında yanına gələn Kərim Abbasova “Eşqim, nəfəsim, ürəyim, birdənəm” deyərək kameralar önündə sevgi etirafı edib.


Kərim Abbasov rəqqasə haqqında fikirlərini bölüşüb:


“Bu insan rəqqasədir. Bunun üçün açıq-saçıq kəliməsi yoxdur. Hər halınla gözəldir bu qız”.

Nə düşünürsən?