Bakıda avtomobil qarət edilib

  • 31.03.2019
  • 0

Gecə Bakıda minik avtomobili qarət edilib. Hadisə Xətai rayonu Kazımağa Kərimov küçəsində qeydə alınıb.

Zərərçəkmiş Rüstəm Məmmədovun sözlərinə görə, səhər işə gedərkən avtomobilinin arxa yan şüşəsinin qırıldığını görüb. O, avtomobilə daxil olarkən müəyyən edib ki, maşından maqnitafon, bank kartları və 207 manat pulu oğurlanıb. Zərərçəkmiş dərhal hadisə ilə bağlı ''102'' xidmətinə məlumat verib.

Əraziyə Xətai rayon polis idarəsinin əməkdaşları gəlib baxış keçiriblər.

Avtomobildə olan əl-barmaq izlərini götürüblər. Polis idarəsindən bildirildi ki, faktla bağlı əməliyyat-axtarış tədbirləri görülür. Rüstəm Məmmədov deyir ki, ona təxminən 500 manat zərər dəyib.

Nə düşünürsən?