Sürücü narkotik maddə qəbul edərkən tutuldu

  • 30.03.2019
  • 0

Cəlilabadda narkotik vasitə qəbul edərək sükan arxasına əyləşən sürücü saxlanılıb.

Xezerxeber.az bildirir ki, Cəlilabadda 3 saylı marşrut xətti üzrə hərəkətdə olan mikroavtobusun sürücüsü Oqtay Abbasov qaydanı pozub və yol polisi əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib. Məlum olub ki, Soltankənd kənd sakini Oqtay Abbasovun nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Onun hərəkətləri də polis əməkdaşlarında şübhə doğurub.

Sürücü Oqtay Abbasov özü də narkotik vasitə qəbul etdiyini etiraf edib.

Oqtay Abbasov Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Nə düşünürsən?