Rəhim Əsgərovun rüşvət alma görüntüsü yayıldı

  • 28.03.2019
  • 0

Gürcüstanın Daxili İşlər Nazirliyi Marneuli rayon bələdiyyə məclisinin (sakrebulo) üzvü Rəhim Əsgərovun saxlanılması ilə bağlı məlumat yayıb.
Sfera.az "Report-a istinadla verdiyi xəbərə görə, istintaqla müəyyən olunub ki, R.Əsgərov Ş.M. adlı şəxsə 3 000 lari (1 113 dollar) müqabilində dövlət idarəsinə işə düzəldəcəyinə söz verib.
Tərəflər arasında ilk öncə məbləğin 1 500 larisi, daha sonra isə yerdə qalan məbləğin təqdim olunması barədə razılıq əldə olunub.
Ş.M. adlı vətəndaş R.Əsgərovla martın 7-də Marneulidə görüşərək ona 1 500 lari verib. Yerdə qalan 1 500 lari isə bələdiyyə üzvünə martın 20-də təqdim olunub.
R.Əsgərova qarşı Gürcüstan Cinayət Məcəlləsinin rüşvətalma maddəsi ilə cinayət işi açılıb. Onu 6 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Nə düşünürsən?