Bankların sizə nə qədər borclu olduğunu öyrənmək qaydası

28.03.2019 | 40 | 0

Xəbər verdiyimiz kimi, bu gündən Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında vətəndaşların devalvasiya nəticəsində banka olan borclarının silinən hissəsi və kompensasiya ilə bağlı siyahı yerləşdirilib.

Vətəndaşlar palatanın saytına daxil olub "Problemli kredit məlumatlarının sorğulanması" bölməsində Şəxsiyyəti təsdiq edən sənəd, ad soyad və telefon nömrəsini yazıb məlumat əldə edə bilərlər.

Mövzu ilə bağlı redaksiyamıza çoxsaylı müraciətlər olub. “Qafqazinfo” oxucuların istəyini nəzərə alaraq qısa video hazırlayıb. Bu videoda vətəndaşlar kreditlərlə bağlı məlumatı necə əldə edəcəklərini izləyə bilərlər.

Nə düşünürsən?