Azərbaycanlı magistrın əsəri əcnəbi musiqiçiləri heyrətləndirdi

  • 16.11.2017
  • 0

Azərbaycan Milli Konservatoriyasının I kurs magistrı Arifə İmanovanın ifası sosial şəbəkələrdə maraq doğurub. Oxu.Az xəbər verir ki, konservatoriyanın “Facebook” səhifəsində yerləşdirilən video, hətta Suriya, Türkiyə, Misir və bir çox ölkələrin tanınmış musiqiçiləri tərəfindən də paylaşılıb. Arifə İmanovanın qanun musiqi alətində ifa etdiyi kompozisiya “Səda” adlanır. Əsərin müəllifi ifaçının özüdür. Qeyd edək ki, A.İmanova tarzən Şəhriyar İmanovun həyat yoldaşıdır.

Nə düşünürsən?