Arvadının başqa kişilərlə yazışmasını tutan ərdən dəhşətli əməl

  • 26.03.2019
  • 0

Arvadının başqa kişilərlə əxlaqsız yazışmasını oxuyan ər onu ütünün kabeli ilə boğdu və... - FOTO

İzmirdə həyat yoldaşının telefonda əxlaqsız yazışmalarını görən kişi ilk öncə onu ütünün kabeli ilə boğub, daha sonra isə ürəyindən bıçaqlayaraq öldürüb. 

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün məhkəmə qarşısına çıxarılan 29 yaşlı Bayram Korkmaz 21 il azadlıqdan məhrum edilib. 

Bayram Korkmaz danışmaq üçün bir müddət əvvəl ayrıldığı Kader Korkmazın evinə gedib. Həyat yoldaşının telefonuna baxan Bayram onun başqa kişilərlə əxlaqsız yazışmalarını oxuyub. O, ilk öncə Kadər Korkmazı ütünün kabeli ilə boğub, daha sonra isə ürəyindən bıçaqlayıb. Daha sonra polisə zəng edərək "Həyat yoldaşımı öldürdüm, gəlin, məni aparın" deyib. 

O, məhkəmədə bu sözləri deyib: "Həyat yoldaşımın sosial şəbəkədə bir kişi ilə münasibət qurduğunu öyrəndim. Yazışmalarında əxlaqsız sözlər də var idi. Bunları unutmaq istədiyim üçün bu barədə artıq danışmaq istəmirəm".