Lotu Qulinin “sağ əli”ndən Əli İnsanova cavab: “Yaşından utan…”

25.03.2019 | 92 | 0

Tanınmış kriminal avtoritet, “Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun sağ əli kimi mətbuatın gündəminə gələn Elnur Şuşalı Əli İnsovun müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, sabiq səhiyyə naziri Əli İnsanovun azadlığa çıxmasından sonra verdiyi müsahibəsində səsləndirdiyi fikirlər kriminal avtoriteti də dilə gətirdi. Sabiq nazir müsahibəqində qeyd etdiyi; “Mən həbsdə nə ailə üzvlərimlə, nə də nəvələrimlə görüşməmişəm. Belə yerdə oğru qanunlarına hörmət etmək lazımdır. Azərbaycan bu gün uçurumun dibindədir, onu bu vəziyyətdə xilas edə biləcək istənilən qüvvəyə mən dəstək verməyə hazıram, ancaq hər şey Allahın əlindədir. Bilmək olmaz mən onlara (müxalifəti nəzərdə tutur) qoşulacam, yoxsa onlar mənə qoşulacaq” fikirlərinə münasibət bildirən avtoritet Elnur Şuşalı deyib ki, Əli İnsanov yaşından utansın, o nazir olan zaman heç dövləti pisləmirdi:

“Yaşından, başından utan. Hamı ailəsilə görüşür, telefonla da danışır. Mən siyasətçi deyiləm amma dövlətimi pisləyənə pis baxıram. Azərbaycanın çörəyini yeyib Amerikanı tərifləmə, ayıbdır. Nazir olanda heç vaxt dövləti pisləmirdin. Nəysə… Amma dövlərimi pisləyən kim olursa olsun, onun cavabını verərəm. Mən azərbaycanlıyam, fəxr edirəm dövlətimlə, bayrağımla”.

Nə düşünürsən?
Yüklənir...