Yevlaxda yaşayış evlərinin ətrafını qamışılıq basıb

  • 24.03.2019
  • 0

Yevlaxda yaşayış evlərinin ətrafını qamışılıq basıb.

Ərazidə qəfil baş verən yanğın isə sakinlər üçün təhlükəyə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Yevlaxın Çənlibel qəsəbəsi İsrafil Məmmədov küçəsindən gedir.

Sakinlər bildirirlər ki, ötən gün qamışlığın qəfil alovlanması onları xeyli qorxudub. Güclü alovun evlərə istiqamətlənməsi ərazidə təhlükəli vəziyyət yaradıb.

Sakinlərin sözlərinə görə, qamışlıqda tez-tez yanğınlar baş verir. Yanğın zamanı orada gizlənən vəhşi heyvanlar həyətlərə girir. Həmin canlılar digər vaxtlarda da toyuq-cücəyə hücum etməklə bərabər, uşaqları da qorxuya salır.

Qamışlıq basan ərazinin bir hissəsini sakinlər biçsə də, ərazinin su və bataqlıq olması oranın təmizlənməsinə mane olur. Yerli sakinlər texnikalar vasitəsi ilə qamışlığın biçilməsini və suyun qurudulmasını vacib hesab edirlər.

Məsələ ilə bağlı adiyyəti qurumlara da məlumat verilib.

Nə düşünürsən?