Elməddin məşhur türk verilişində hamını güldürdü

  • 24.03.2019
  • 0

Aktyor Elməddin Cəfərov Türkiyədə çəkildiyi "Çat kapı aşk” filminin tanıtımı çərçivəsində TV8-də "Eser Yenenler Show”da qonaq olub.
Sfera.az Axşam.az-a istinadla xəbər verir ki, birlikdə rol aldığı Müge Boz və Jess Molho ilə verilişə qatılan sənətçimiz zarafatları ilə tamaşaçıları güldürüb.
Onun verilişin aparıcısı Eser Yenenlerlə türkcə və azərbaycanca olan sözləri müqayisə etməsi maraqla qarşılanıb.
Qeyd edək ki, "Çat kapı aşk” filminin bir neçə gün öncə Bakıda qala gecəsi keçirilmişdi.

Nə düşünürsən?