Gələn aydan uşaqpulu bərpa olunacaq? - Açıqlama

  • 22.03.2019
  • 0

Bir neçə gündür sosial şəbəkələrdə gələn aydan uşaq pulunun bərpa edilməsi ilə bağlı yayılan xəbərlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi reaksiya verib.

Oxu.Az-ın məlumatına görə, nazirliyin şöbə müdiri Fazil Talıbov sosial şəbəkələrdə heç bir rəsmi mənbəyə istinad olunmadan yayılan həmin məlumatların yalan olduğunu söyləyib.

Bu haqda Talıbov öz Facebook səhifəsində yazı paylaşıb.

Xatırladaq ki, belə bir təkliflə ilk dəfə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD)-nin rəhbəri Vüqar Bayramov sosial şəbəkədə çıxış etmişdi. O, təklif etdiyi mexanizmdə uşaq pulunun məbləğini 3 yaş qruplarına görə qruplaşdırmışdı.

Nə düşünürsən?