Bu şəxslərin maaşı açıqlandı

  • 20.03.2019
  • 0

Yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 557,2 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, əməkhaqqı neft sektorunda 2995,8 manat, qeyri-neft sektorunda 499,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 443,1 manat, özəl müəssisələrdə isə 707,1 manatdır.

Nə düşünürsən?