Dünya şokda — 2 min lüks avtomobil belə yandı

  • 20.03.2019
  • 0

İtaliyanın "Grande America” karqo gəmisi 2 min lüks avtomobil ilə yanaraq okeanın dibinə gedib.

Fransa sahillərindən 240 km aralıda yanan gəmidəki avtomobillərdən 37-i son model "Porsche” avtomobili olub.

Mərakeşin Kasablanka şəhərindən Braziliyaya getmək üçün yola çıxan gəmi Fransanın Brest şəhəri sahillərində yanmağa başlayıb və batıb. "Porsche” şirkəti Braziliyadakı müştərilərinə açıqlama verib və Atlantik okeanında məhv olan maşınların yenidən istehsal ediləcəyini bildirib. Gəmidə "Audi” şirkətinə məxsus "A3”, "A5”, "RS4”, "RS5” və "Q7” modelləri də olub. Fransa rəsmiləri bildiriblər ki, yağına səbəb benzin sızması olub. Benzin sızması partlayışla nəticələnib.

28 min tonluq gəminin 27 nəfər heyət üzvü 8 saatlıq əməliyyatla xilas edilib.

Ölkə.Az

Nə düşünürsən?