Leyla Əliyevanın şeirinə yeni klip

  • 19.03.2019
  • 0

Ukraynada “Qolos” yarışmasının iştirakçısı olan Cavid Məmmədov yeni klipini təqdim edib.

Cebhe.info xəbər verir ki, “Рядом бог” adlanan mahnının sözləri Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevaya, musiqisi isə ifaçının özünə aiddir.

Rus dilində ifa olunan mahnı “YouTube” video-hostinqində nümayiş etdirilib.

Qadınlara həsr edilən mahnı hər kəsi içindəki Allaha inanmağa səsləyir.

Qeyd edək ki, Cavid Məmmədov eyni zamanda “Novaya volna” və “I am Singer Kazakhstan” müsabiqələrinin iştirakçısıdır.

Nə düşünürsən?