Afət Fərmanqızıdan daha bir şok addım: Nəsiminin bu qəzəlinə mahnı oxudu - İt hürər...

  • 19.03.2019
  • 0

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinə hindsayağı mahnı ifa etməsi ilə gündəmə gələn Afət Fərmanqızı indi də Qul Nəsiminin şeirini səsləndirib.

Müğənni bu barədə instaqramda məlumat verib. Bu dəfə Qul Nəsiminin "Kimə nə” qəzəlinə mahnı oxuyan A.Fərmanqızı instaqramda video paylaşaraq ürək sözlərini yazıb.

"Mahnı sabahdan yutub kanalımda olacaq. İt hürər, Afət "qalik” (gelenvagen) sürər. Əziz dostlar, məndə olan bəzi məlumatalara görə, bu şeir Qul Nəsiminindir. Bəzi mənbələr isə İmadəddin Nəsimiyə aid olduğunu yazıb. Hər ikisinə də Allah rəhmət etsin. Əsas odur ki, sözləri çox gözəldir”.publika

Nə düşünürsən?