İsmayıllıda ağır qəza: beş nəfər yaralandı

  • 19.03.2019
  • 0

İsmayıllı-Qəbələ yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 


Hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.


İsmayıllının Qurbanəfəndi kəndi ərazisində baş verən qəza zamanı “Mersedes” və “VAZ 2107” markalı avtomobillər toqquşub.

Oxu.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, qəza nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdirilib.


Yaralılar Bakı şəhər sakinləri 1964-cü il təvəllüdlü Qabil Hüseynov, 1970-ci il təvəllüdlü Sevinc Hüseynova, İsmayıllı rayon sakinləri 1982-ci il təvəllüdlü Ramil Qarayev, 1962-ci il təvəllüdlü Həsən Allahverdiyev və 1954-cü il təvəllüdlü Niyaz Qarayevdir.


Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib.