Xristian futbolçudan müsəlmanlara dəstək

  • 18.03.2019
  • 0

Yeni Zellandiya millisinin üzvü Kosta Barbaruses müsəlmanlara dəstək nümayiş etdirib. Avstraliyanın "Melburn Viktori" klubunda çıxış edən yunan əsilli futbolçu "Brisbane" ilə oyunda vurduğu qoldan sonra səcdə edib.

Kosta Barbaruses bu addımı ilə Yeni Zellandiyada məsciddə baş vermiş terror aktı zamanı həlak olan müsəlmanların xatirəsinə hörmətini nümayiş etdirib.

Xristian futbolçu "İnstagram" səhifəsində də mövzu ilə bağlı paylaşım edib: "Bütün dualarım terror aktında həyatını itirənlər və onların sevdikləri ilə birlikdədir. Bu tariximizdə ən üzücü gündür".

Qeyd edək ki, ötən həftə Yeni Zellandiyada iki məscidə silahla hücum edən terrorçu 50 nəfəri öldürüb, 46 nəfəri yaralayıb.

Nə düşünürsən?