Avtomobillərə qənim kəsilən oğrunun “məharətləri”

  • 18.03.2019
  • 0

Bakıda avtomobillərdən oğurluq edən şəxs yaxalanıb.

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini Rafiq Tağıyev saxlanılıb.

Araşdırma zamanı onun Xətai rayonu ərazisində 4 avtomobilin şüşəsini qıraraq salondan pul, telefon və digər qiymətli əşyalar götürdüyü məlum olub. Tağıyevin ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə, onun paytaxtın Nərimanov rayonunda da 10 avtomobildən oğurluq etdiyi müəyyən edilib.

Rafiq Tağıyev – Saxlanılan şəxs: “Xətaidə maşınlardan oğurluq etmişəm. Vint açanla qırıb, telefon, pul - nə olsa, götürmüşəm. Nərimanov rayonundan da 10-dan çox oğurluq etmişəm”.

Faktlarla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb. (ARB TV)


Nə düşünürsən?