Poçt göyərçini fantastik qiymətə satıldı

  • 18.03.2019
  • 0

Belçikada poçt göyərçini rekord qiymətə - 1,2 milyon avroya satılıb.

Bu haqda "Pipa” hərrac evi məlumat yayıb.

"Armando” adlı göyərçini Çindən olan, kimliyi açıqlanmayan milyonçu alıb.

Ticarət sessiyasında ümumilikdə iki milyon avro məbləğində 178 Flandriya göyərçini satılıb.

Poçt göyərçini gündəlik 1100 kilometrdən çox məsafəqət edə bilir. Onun orta uçuş sürəti saatda 90 kilometrə yaxındır. Maksimal sürəti isə saatda 150 kilometrə çatır.

Nə düşünürsən?