DANX reyd keçirib, 10 sürücü cərimələnib

  • 18.03.2019
  • 0

Dövlət Avtomobil Nəqliyyatı Xidməti Qax rayonunda qeyri-qanuni sərnişin daşıyan sürücülərə qarşı reyd keçirib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhərdaxili küçələrdə və şəhərin giriş hissələrində postlar qurulub, qeyri-qanuni yükdaşıma, sərnişindaşıma, taksi fəaliyyəti,sərnişin daşınması ilə məşğul olan sürücülər müəyyənləşdirilib.

DANX-ın Baş Mütəxəssizi Tural Əhmədov "Report"a bildirib ki, reyd zamanı 30-a yaxın avtonəqliyyat vasitəsi saxlanılıb, 10 sürücü haqqında isə, müvafiq tədbirlər görülüb: "Reyd sürücülərin əhaliyə xidmətinin şəffaf və yüksək səviyyədə təmin olunması məqsədi daşıyır. Reydlər davam edəcək".

Nə düşünürsən?