"Gözümü açanda özümü atam yaşında kişinin qucağında gördüm"- Dəhşətli gündəlik ələ keçdi

  • 18.03.2019
  • 0

PKK terror təşkilatının daha bir iyrənc əməli üzə çıxıb.

Oxu24.com  Türkiyə  mətbuatına  istinadən xəbər  verir  ki, Türkiyə Silahlı Qüvvələrinin Cudi Dağında keçirdiyi xüsusi əməliyyat zamanı dəhşətli fakt ortaya çıxıb. Dağda gizlənən terrorçular məhv edildikdən sonra onlara məxsus bir neçə əşyalar götürülüb. 17 yaşlı qadın terrorçunun qeydə aldığı gündəlikdə dəhşətli ifadələr yer alıb.
Sabah qəzetinin yaydığı məlumata görə,məhv edilən 3 qadın terrorçu mağarada yaşlı kişilər tərəfindən cinsi istismara məruz qalırmış.Bunu ələ keçirilmiş gündəlik də sübut edib. Əslən İranın Maku kəndindən olan Eylem Rasiki adlı qadın terrorçu gündəlikdə dəhşətli qeydlər aparıb.

"Əsgərin  qorxusundan  siçan kimiyik...Nəfəs alarkən Türkiyə əsgərinin bizi tapacağaı qorxusu ilə yaşayırıq...Berfin adlı qızın mənə bildirdiyinə görə, 17 yaşında kənddən qaçıb dağa qalxıb. O, həmin gecə atası yaşda Fuad   başkanın  (Ali Heydar Kaytan) qucağında  çılpaq  halda  görüb.Fuad başkanı  mən də yaxından tanıyıram. Ona "Təcavüzçü Coçkun" deyirdilər...", deyə tapılan məktubda bir sıra qeydlər edilib.

Nə düşünürsən?