Şamaxıda zəlzələnin fəsadları aradan qaldırılır

  • 17.03.2019
  • 0

Şamaxıda zəlzələnin fəsadları aradan qaldırılır. Bir tərəfdə söküntü işləri,digər tərəfdə tikiniti işləri aparılır.

Fövqəladə Hallar Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələrindən ibarət komissiya vəziyyətin araşdırılması, zərərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Komissiya müraciətlərin siyahıya alınması, xüsusilə təhlükəli vəziyyətə düşən evlərdə sakinlər üçün təhlükəsiz şəraitin yaradılması istiqamətində işini davam etdirir.Şamaxıda qəzalı evlərin yenidən tikilməsi üçün ərazinin boşaldılması başa çatdırılıb, həmin evlərin sahibləri kirayə mənzillərə yerləşdirilib.

Rayon ərazisində 5341 ev və obyektə ziyan dəyməsi barədəmüraciət daxil olub. təkcə şəhər ərazisində5329 evə baxış keçirilib.Komissiyanın rəyinə əsasən, bu günə qədər baxış keçirilən evlərin 266-ı kəskin qəzalı dağılmış, 1214 evin bərpası mümkün vəziyyətdə,2263 evdə isə təmir işlərinə ehtiyac olduğu müəyyənləşib. Hazırda rayonda 3 ev istifadəyə verilib.14 evin tikintisi aparılır.

Komissiyarayonun kəndlərindən daxil olmuş məlumatlar əsasında hələ də evlərə baxışkeçirir.

Nə düşünürsən?