Sərnişin avtobusu sözün əsl mənasında tozun içindədir

  • 17.03.2019
  • 0

Sərnişin avtobusu sözün əsl mənasında tozun içindədir.

Bu videonu avtobusdakı sərnişinlərdən biri çəkərək votsapp nömrəmizə göndərib.

Kadrlardan aydın olur ki, sərnişin avtobusu günlərlə yuyulmur. Bu səbəbdən onun oturacaqları və ətrafı toz içindədir. Videonu çəkən şəxs iddia edir ki, görüntülər 124 saylı marşurut avtobusunda çəkilib.

Bu görüntülər bir daha sərnişin avtobuslarının təmizlik məsələsini aktuallaşdırır. Əslində sərnişin avtobusları neçə gündən bir təmizlənməlidir? Görünən odur ki, paytaxtdakı bəzi marşurut xətlərində avtobuslar təmiz saxlanılmır. Bunu elə avtobuslardan mütəmadi istifadə edən sərnişinlər bildirir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirdi ki, Nazirlər Kabinetinin 73 saylı qərarına əsasən, sərnişin daşımalarınfa istifafə edilən avtobuslar xarici və daxili hissəsi təmiz saxlanılmalıdır. Həmçinin avtobusların salonu ayda iki dəfə dezinfeksiya edilməlidir. Və hər bir daşıyıcı bu tələblərin icrasını mütləq şəkildə təmin etməlidir. Agentlik bu və digər tələbləri yerinə yetirməyən şirkətlər barəsində sərt tədbirlərin görüləcəyini deyib.

Nə düşünürsən?