PA-nın məsul işçiləri Bərdədə vətəndaşlarla görüşüb

  • 16.03.2019
  • 0

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, görüşdə 139 nəfər iştirak edib.

PA-nın müxtəlif şöbələrinin təmsilçiləri vətəndaşların problemlərini dinləyib və qeyd olunan məsələlərin həlli üçün aidiyyəti qurumlara tapşırıqlar veriblər.

Görüşə gələn sakinlər və məcburi köçkünlər əsasən mənzil, kreditlər, iş, həmçinin Qarabağ əlillərinin mənzillə təmin olunması və müalicəsi, torpaq və başqa problemlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

Nə düşünürsən?