Neftçalalı çobandan yeni ifa

  • 15.11.2017
  • 0

İnternetdə fenomenə çevrilən neftçalalı çoban Pərvin Səfərov “YouTube” kanalında yeni ifasını təqdim edib. Oxu.Az xəbər verir ki, o, musiqisi Tofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılmış, sözləri Rəsul Rzaya məxsus olan “Sənə də qalmaz” mahnısını səsləndirib. Mahnı ilk dəfə SSRİ Xalq artisti Rəşid Behbudov tərəfindən ifa olunub. Sonralar Müslüm Maqomayev, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Rauf Atakişiyev, Faiq Ağayev, İran müğənnisi Sami Yusuf, Türkiyə müğənnisi Rafet El Roman və bir çox populyar müğənnilər tərəfindən səsləndirilib.

Nə düşünürsən?