“Əziyyət çəkmədik, asanlıqla çıxardıq” – Soyğunçu xalaoğlunun səmimi etirafları

  • 16.03.2019
  • 0

Ötən il baş vermiş oğurluq hadisələrinin üstü bu il açılıb.

Şəmkir polisi 10 ay əvvəloğurluq edən şəxslərin kimliyini müəyyən edib. Məlum olub ki, hadisəni zərərçəkənin yaxın qohumu, 48 yaşlı Afiq Hacıyev və onun həmkəndliləri törədib.

Oğurluq yolla əldə edilən qiymətli əşyaların biri tapılaraq maddi sübut kimi tanınıb. Dəstənin ən kiçik üzvü 27 yaşlı İsmət Xəlilov oğurluğu bir neçə gün əvvəldən planlaşdırıdıqlarını və prosesdə gözətçi kimi iştirak etdiyini deyib.

Ev sahibinin xalası oğlu Afiq Hacıyev də qohumunun evini qarət etdiklərini etiraf edib.

Hər üç şəxs barəsində cinayət işi başlanılıb.

Nə düşünürsən?