Dünyanın ən bahalı ətirləri təqdim olundu - 1,3 milyon dollar qiyməti var

  • 15.03.2019
  • 0

"Nabeel” parfüm şirkəti tərəfindən istehsal edilən dünyanın ən bahalı ətri Dubayda təqdim edilib.

"Shumukh” adı verilən ətrin dəyəri 1,3 milyon dollardır.

Bahalı parfümün adı ərəbcədən "ən yaxşısına layiq olan” mənasına gəlir.

"The Spirit of Dubai” sərgisində yer alan ətrin şüşəsində qızıl, gümüş, almaz, mirvari və bu kimi dəyərli daş-qaşlar var.

Ətri həm kişilər, həm də qadınlar istifadə edə bilər. 3 litr həcmində şüşənin içində yerləşən parfümün ümumi hündürlüyü 1,97 metrdir. Hər yüksəklikdə istifadə edilə bilən avtomatik mexanizm sistemi ilə təchiz olunmuş ətir iki dünya rekordunu qırıb: biri şüşəsinin bəzəyindəki daş-qaş sayı, digəri isə uzaqdan idarə edilə bilən sprey formasında olduğu üçün./publika.az

Nə düşünürsən?