Qadını yolun ortasında maşınına aldı - Daha sonra...

  • 15.03.2019
  • 0

Adanada bir nəfər cib telefonunu oğurladığını iddia etdiyi qadının arxasınca qaçarkən avtobusun vurmağı nəticəsində həyatını itirib.

İddiaya görə, yüngül ticari vasitə sürücüsü İ.H., Tarsus-Adana-Gaziantep yolunda avtostop edən qadını maşına alıb.

Qadın sürücünün dalğınlığından istifadə edərək mobil telefonu və pulunu oğurlayıb.

Qadını qovan sürücünü yolun ortasında avtobus vurub.

Təcili yardım gəlsə də onu xilas etmək mümkün olmayıb.

Oğru qadın və avtobus sürücüsü polisə aparılıb./metbuat.az

Nə düşünürsən?