Hamilə qadınla həkim belə rəqs etdi

  • 15.03.2019
  • 0

"Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirov bizi-otağına çağıraraq sosial şəbəkədə yayılan görüntünün kim tərəfindən çəkildiyini soruşdu. Onu bütün ölkədə biabır etdiyimizi dedi. O bizə ya könüllü işdən azad olunmağımızı ya da rəhbərlik tərəfindən işdən azad olunaraq bir daha heç yerdə işləyə bilməyəcəyimizi dedi", - deyə qovulan işçilərdən biri qeyd edib.

Xəstəxananın baş həkimi Elçin Əmirov isə videogörüntülərin tibb işçilərinə yaraşan hərəkət olmadığını deyib. Onun sözlərinə görə, iş saatlarında bu davranış yolverilməzdir və işçilər öz ərizələri ilə işdən çıxıblar.

Hər nə qədər işçilər özləri ərizə yazıb işdən çıxsa da, bunun müəyyən təzyiq altında baş verdiyinə dair şübhələr yaranır. 

Femida.az məsələnin hüquqi tərəfini araşdırıb. Hadisə ilə bağlı vəkil Ziya Bağırov şərh verib:

Ümumiyyətlə Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar qeyd olunub. Bu hallara aşağıdakı hallar aid edilir:

a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan o bütün iş günü işə gəlməməsi;
b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;
c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;
ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;
d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;
f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.


Sosial şəbəkələrdə yerləşdirilən tibb bacılarının videosunda 72-ci maddədə qeyd olunan hallarda müşahidə edilmir. Bu səbəbdən də hesab edirəm ki, həmin tibb bacılarını birbaşa işdən azad etməklə, yaxud işdən azad edilmək üçün ərizə yazmağa məcbur etməklə baş həkim qanun pozuntusuna yol verib. Ümumiyyətlə şəxsin barəsində rüsvayedici məlumatların yayılacağı hədəsi ilə hər hansı bir işin görülməsini tələb etmək artıq Cinayət Məcəlləsinin 182-ci maddəsinin tərkibini yaradır".

Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci yarımbəndin də qeyd olunur ki, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

İş yerlərində daxili nizam-intizam qaydaları təsdiqlənir. Bu tibb bacıları ola bilər ki, daxili nizam-intizam qaydalarını pozmuş olsunlar. Bu pozuntuya görə də xəbərdarlıq oluna bilərdi. Xəbərdarlıqdan nəticə çıxarılmırsa, töhmət verilə bilər. Töhmət verilməsinin də nəticəsi olmursa, şiddət töhmət verilə bilər. Bu da nəticəsiz qalsa, ondan sonra işdən azad etmək olar.
Hesab edirəm ki, hazırki halda tibb bacılarının birbaşa işdən azad edilmələri qanun pozuntusudur. Tibb bacılarına tövsiyə edirəmki, hüquqlarının müdafiəsi üçün vaxt itirmədən məhkəməyə müraciət etsinlər.

Yeri gəlmişkən…
Bu günədək Azərbaycanda səhiyyə sahəsində çox həkim səhvlərinin şahidi olmuşuq. Xəstənin sağ ayağı əvəzinə, sol ayağını kəsən həkimdən tutmuş doğuş zamanı ana ölümləri, burun əməliyyat öncəsi düzgün analiz aparmadığı üçün narkozdan ayılmayan xəstələr və s. Amma bütün bunlardan sonra da hələ də həmin həkimlərin fəaliyyət göstərdiyinə dair faktlar olub. Heç biri pozitiv ab hava yaradan Şəki xəstəxanasının işçiləri qədər ittiham olunmayıb.

Sonda isə bu videonu təqdim edirik. Burada xaricdəki xəstəxanalarda tibb işçilərinin yaratdığı pozitiv ab-havanın şahidi ola bilərsiz. Bu cür pozitiv əhval nəinki xəstəxananın fəaliyyətinə mane olmaz, əksinə xəstələr arasında ruh yüksəkliyi yaradar: