Ərdoğan Yeni Zelandiyada iki məscidə edilən terror hücumunu pislədi

  • 15.03.2019
  • 0

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada müsəlmanlara qarşı terror hücumunu pisləyib.


Prezident Ərdoğan bu barədə Tvitter hesabından yazıb: "Yeni Zelandiyada Nur Məscidinə və orada ibadət etməkdə olan müsəlmanlara qarşı törədilən terror hücumunu şiddətlə pisləyir, cinayətkarlarını lənətləyirəm. Hücumda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfa diləyirəm".


Xatırladaq ki, Yeni Zelandiyada iki məscidə silahlı hücum təşkil olunub. Hücumda azı 40 nəfər ölüb.


Mənbə: http://eastnews.org/news/34571

Nə düşünürsən?