“Bolqarıstan uşaqların gözü ilə” adı altında tədbir təşkil olunub

  • 15.03.2019
  • 0

Nəsimi rayonu 111 saylı tam orta ümümtəhsil məktəbində “Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində “Bolqarıstan uşaqların gözü ilə” adı altında tədbir təşkil olunub.

Cebhe.info xəbər verir ki, proqramın başlıca məqsədi Avropa Olimpiya Komitələrinə üzv ölkələrin gəncləri arasında, onların vasitəsi ilə mədəniyyət və idmanı, həmçinin Olimpiya Hərəkatını təşviq etməkdir. Bu, səpkili tədbirlər məktəblilər arasında sosial və idman bacarıqlarını inkişaf etdirməklə əsasən maarifləndirici xarakter daşıyır. 

Qeyd olunan məktəbin müəIlimi Kəramət Quliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə tədris etdiyi sinif şagirdləri Bolqariyanın milli geyimi tərzində maraqlı proqram nümayiş etdiriblər. Birincilər bolqar dilində şer deyib, mahnı ifa edib və Bolqariyanın milli rəqslərini təqdim ediblər. Şagirdlər Bolqariyanın milli bayrağını və rəmzlərini nümayiş etdirməklə məktəb heyətinin xüsusi diqqətini cəlb ediblər.

Tədbirin sonunda məktəb direktoru Jalə Hacıyeva birincilərin bu addımını yüksək qiymətləndirib.

Nə düşünürsən?