Təbriz belə coşdu: “Traktorsazi” liderliyə yüksəldi

  • 15.03.2019
  • 0

Futbol üzrə İran çempionatında 22-ci turun oyunları keçirilir.

Cənubi Azərbaycanı təmsil edən "Traktorsazi” də növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda Xorasan "Padideh”i ilə qarşılaşıb. "Traktorçular” bu oyundan qələbə ilə ayrılıb - 1:0.

"Traktorsazi” bu qələbə sayəsində vahid liderliyi ələ keçirib. Cənubi Azərbaycan nəhənginin hesabında artı1 43 xal var.

Təbrizin digər təmsilçisi - "Maşinsazi” isə bu turda "Pars Jonoubi Jam”ın qonağı olacaq.

"Maşinsazi” 22 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Nə düşünürsən?