Deputatlar “eşşək” ləqəbli sədrlərini hər dəfə belə qarşılayır...

  • 15.03.2019
  • 0

Toxtaq olaq, Ermənistanda da yaltaqlıq var, amma.

Ermənistanın "eşşək” ləqəbi ilə tanınan "Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan parlamentə hər gəlişində həmin partiyanın üzvləri olan deputatlar tərəfindən xüsusi bir ritualla qarşılanır. 

Erməni saytlarından birinin yaydığı məlumata görə, vəzifəli, həm də varlı-hallı "eşşəy”i həyətdə, parlamentin girişində qarşılayan deputatlar onu  qucaqlayıb, bağırlarına basıb öpdükdən sonra hay-küylə düz  otağına qədər müşayiət edirlər.
Erməni jurnalistlər bu məddahlıq ritualının   bir hissəsini lentə alıblar.

Xatırladaq ki, "eşşək” ləqəbi ilə tanınsa da, biznesmen, oliqarx olan Qaqik Sarukyanın Qarabağ erməniləri arasında da  böyük nüfuzu var. Çünki həm Azərbaycan torpaqlarının məskunlaşdırılması, həm də işğalçı ordunun güclənməsi üçün mütəmadi yardımlar edir. Eyni zamanda o, Robert Köçəryanla iş ortağıdır...Moderator

Nə düşünürsən?