Güclü külək TIR-ları belə aşırdı

  • 15.03.2019
  • 0

ABŞ-ın Texas ştatında güclü külək yolla hərəkət edən yük avtomobillərini havaya qaldırıb.

Bax.tv Teleqraf.com-a istinadən xəbər verir ki, Texasın Potter bölgəsinin Amarillo şəhərində yük avtomobili şosse ilə hərəkət etdiyi zaman güclü külək onu aşırıb.

Randall bölgəsinin Canyon şəhərində başqa bir TIR güclü külək nəticəsində əvvəl havaya qalxıb, daha sonra devrilib.

Qeyd edilir ki, Texasda saatda 80 kilometr əsən külək başqa yollarda da avtomobillərin aşmasına və tıxac yaranmasına səbəb olub.

Aşan avtomobillərin sürücüləri isə xəstəxanaya çatdırılıb.