“Soyuz”un kosmik stansiya ilə birləşmə anı

  • 15.03.2019
  • 0

Rusiyalı Aleksey Ovçinin, amerikalı Nik Heyq və Kristina Kukun olduğu “Soyuz MS-12” gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) uğurla birləşib.

Axar.az xəbər verir ki, bu barədə “Roskosmos”dan məlumat verilib.

Gəmi martın 14-də 23:14-də Baykonurdan qalxıb.

Startdan cəmi 9 dəqiqə sonra gəmi raketdən ayrılaraq stansiyaya yollanıb. Hava gəmisinin kosmik stansiyaya birləşmə videosunu NASA yayıb.

Qeyd edək ki, ötən ilin oktyabrında Ovçinin və Heyqin uçuşu zamanı daşıyıcıda qəza baş vermişdi. Startdan cəmi 20 dəqiqə sonra kosmik gəmi Yerə enmişdi.

Nə düşünürsən?