20 kiloqram arıqlayan Rəqsanə bu hala düşdü

  • 15.03.2019
  • 0

Son günlər hədsiz çəki atmağı ilə diqqət çəkən müğənni Rəqsanə İsmayılova bunun səbəbini açıqlayıb.

 Sfera.az-ın məlumatına görə, ARB TV-nin "Şou news" verilişinə danışan ifaçı fotoşopdan və s. proqramlardan istifadə etmədiyini deyib.

20 kiloqram arıqlayan R. İsmayılova formada qalmasının sirrini açıqlayıb:

"Yemək yemirəm. Arıqlamaq üçün dərman içirəm. Meyvə, pomidor, xiyar, göyərti yeyirəm, çay içirəm. Sağlam qidalanıram. Həftədə bir dəfə qəşəng yeyirəm. Hal-hazırda 60 kiloqramam".

Nə düşünürsən?