Bakıda yaşayış binasında yanğın olub

  • 15.03.2019
  • 0

Bakının 7-ci mikrorayonunda qaz sızması nəticəsində yanğın baş verib.  

ONA-nın hadisə yerində olan əməkdaşlarının xəbərinə görə, yanğın Abay Kunanbayev küçəsi 18 A ünvanında baş verib.

Binanın blokunda qaz sayğacından qaz sızıb. Elektrik xətləri qaz sayğacına yaxın yerləşdiyindən qızıb və sızan qaz alovlanmağa başlayıb. Nəticədə binanın blokundakı elektrik xətləri yanıb. 

Əraziyə FHN-nin yanğınsöndürmə xidmətinin 4 texnikası və canlı briqadası cəlb edilib. Onlar alovun qarşısını almağa müvəffəq olublar. 

Binanın sakinləri təxliyə edilib, elektrik və qazın verilişi dayandırılıb.

FHN-dən verilən məlumata görə, yanğın nəticəsində elektrik şiti, 5 paqometr elektrik xətti və bir qaz sayğacı yanıb.

Nə düşünürsən?