Mingəçevirdə güclü yanğın olub

  • 15.03.2019
  • 0

Mingəçevirdə növbəti güclü yanğın baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə hündür mərtəbəli binalardan ibarət 2-ci köçkün şəhərciyi ilə Yevlax rayonunun Havarlı kəndi arasındakı qamışlıq ərazidə qeydə alınıb. 

Küləkli hava şəraiti alovun daha da güclənməsinə zəmin yaradıb. Bu dəfə də Fövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri çevik müdaxilə ilə alovun daha böyük ərazilərə genişlənməsinə imkan verməyib. Alov lokallaşdırılaraq söndürülüb.

Qeyd etmək lazımdır ki, son bir ay ərzində həmin ərazidə və ona bitişik sahələrdə bir neçə dəfə yanğın hadisəsi baş verib.

Nə düşünürsən?