İnsanlar hündürlükdən niyə qorxur?

  • 14.03.2019
  • 0

Fobiya(yunanca φόβος — fobos (qorxu)) - təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir. Fobiya dayanıqlı şəkildə qorxunun yaranmasıdır. Onun çox sayda mənbələri vardır. Çox qəribə fobiyalar vardır: pelidofobiya — keçəllərdən qorxmaq, alektrofobiya — toyuqlardan qorxmaq, triskaidekafobiya — 13 rəqəmindən qorxmaq, fobofobiya — qorxmaq qorxusu və s.

Göstəriciləri - ürək döyünməsi, baş gicəllənməsi, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi.

Üç yerə bölünür:

1.Aqorafobiya — küçə, meydan, bazar, teatr, kino, tünel və sair bu kimi yerlərdən qorxurlar. Çox vacib olduqda belə yerlərə ailə və dostları ilə gedirlər.

2.Spesifik fobiya — heyvanlardan (özü də təkcə yırtıcı yox, həm də ev heyvanlarından), yüksəklikdən, qapalı və açıq mühitlərdən, təyyarəyə və liftə minməkdən qorxurlar.

3.Sosial fobiya — daha çox ictimai yerlərdə yeməkdən, danışmaqdan və ya yazmaqdan, həmçinin ictimai nəqliyyatdan istifadə etməkdən, qonaq qəbul etməkdən, əl-ələ görüşməkdən qorxurlar.

Fobiyalar müxtəlif yaşlarda başlaya bilər. Geniş yayılmış əsəb pozuntularıdır: fobiyalardan əhalinin 15-18%-i əziyyət çəkir[1]. Fobiyaların aşkar edilməsində Zanqın özünüqiymətləndirmə təşviş cədvəli istifadə edilir.

Müalicəsi psixoterapiya yolu ilə mümkündür. Bəzən dərman preparatlarının köməyi ilə də müalicə oluna bilirlər.

spesifik fobiyalar

Spesifik fobiya konkret hansisa bir eşyaya hadiseye olan qorxudu.

Klaustrofobiya­- qapalı məkandan qorxmaq

Akluofobiya- qaranlıqdan qorxmaq

Qolossofobiya - ictimai yerlərdə danışmaqdan qorxmaq.

Akrofobiya- yüksəklik qorxmaq

Araknofobiya – hörümçəkdən qorxmaq

Noktifobiya – gecə düşməsindən qorxmaq

Entomofobiya – həşəratlardan qorxmaq

Agorofobiya-acıq yerdən və kücədən qorxmaq

Bibliofobiya - kitablardan qorxmaq və.s

Qapalı məkandan qorxmaq Klaustrofobiya adlanır.Qapalı məkandan qorxunun bir nece səbəbi var. Bu əsasən genetik gələn bir qorxu olur.İnsan hec bir travma almamişda qapali məkandan qorxa bilər Klaustrofobiyanin yaranma səbəblərindən biri də uşaq vaxtı valideyinlərin uşaqları qapalı məkanda cəza məqsədi ilə saxlaması durur. Bu uşaqlar böyüdükdən sonrada bu məkan yaddaşlarında əbədi iz qoyur və qapalı məkanda /lift.təyyarə və.s / ürkür cəkinir hec çür uyğunlaşa bilmirlər. Məkanın qorxusuz olduğunun fərqində olsalar belə nəfəs daralmaları boğulmalar məkanda hava qurtaracaq havasiz qalacaq kimi duğüncələr insani rahat buraxmr.

Akluofobiya insanin qaranlıqdan qoruxmasidir. Uşaq vaxtı uşaqa danışilan qaranlıq hekayələr qorxu filimləri nəticəsində meydana gəlir. Bu insanlar qaranlıqda onlara hücum edecək bir varlıq varmiş kimi hiss edirlər.Daha çox uşaqlar qaranlıqdan qoruxurlar bu vəziyyəti aradan qaldırmağın yollarından biri ilk olaraq uşaqları erkən yaşlarından yataq otaqlarını ayırmaq və yuxu saatlarını müəyyənləşdirmək lazımdır.

Yüksəklik qorxusu Akrofobiya adlanır. Fobiyanin dərəcəsindən asılı olaraq akrofobiyası olan  bir insan binanın hündür mərtəbəsində olmaqdan piləykən çıxmağa qədər yüksəkliyi olan bir cox şeydən qorxurlar . Belə insanlar yüksəkiyə qalıxdiqca panikaya düşür və ətrafında tuta biləcəyi birşey axtarırlar

Küçədə və ya hər hansi bir meydan, bazar, teatr, kino, tünel və s. kimi yerlərdə qorxu pristupu baş verərsə onda aqarofobiya - küçədən, açıq yerdən və ya kütlədən qorxmaq kimi fobiyalar yarana bilər.

Nə düşünürsən?